Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın ermənipərəst qərarı münasibətləri gərginləşdirəcək - Açıqlama
ABŞ bayrağı

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatası 1915-ci ildə Türkiyədə baş vermiş qondarma erməni soyqırımı iddialarını rəsmi olaraq tanıyan qanun layihəsini bəyənib.

Bizimyol.info xəbər verir ki, 2019-cu il aprelin 11-də Nümayəndələr Palatasının komitə sədri Şiffin təqdim etdiyi qərar layihəsində “Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanımağı ABŞ-ın siyasi politikası olaraq gördüyünü deyib. Qanun layihəsinin qısa müddətdə senatda səsverməyə qoyulacağı bildirilir.

Elşən Manafov Elşən Manafov

Bu məsələ Türkiyə üçün və bizim üçün hansı nəticələr verə bilər? Sualımızı politoloq Elşən Manafov cavablandırır: “Əslində ABŞ-ın 53 şatatı bu uydurma soyqırımı məsələsinə münasibət bildirmişdi. Son günlər ABŞ və Türkiyə arasıında yaşanan gərginliyin fonunda konqresin belə bir qərar qəbul etmək istəməsi gözlənilən idi.ABŞ artıq Türkiyəni iqtisadi sanksiyalara məruz qoymuşdu. Bunun ardınca da 100 il öncə baş vermiş hadisələri yenidən gündəmə gətirməsi təəssüf doğurmaya bilməz.

Ərdoğanın təbirincə desək, bu hadisəyə qiyməti tarixçilər verməlidirlər. Avropalı bir çox görkəmli tarixçilər bu hadisələrin baş verməsində məhz erməni tərəfinin məsuliyyət daşıdığını bəyan etmişdi. Bu qərarın verilməsini Türkiyəyə birbaşa təzyiq kimi dəyərləndirmək lazımdır. Bu addımla ABŞ Avropa birliyindəki müttəfiqləri ilə birlikdə münasibətləri o həddə çatdıracaq ki, Türkiyə Avropa Birliyinə üzvlük məsələsinə yenidən baxmalı olacaq.Türkiyənin onsuz da NATO və ABŞ- la münasibətlərində çat yaranıb və Rusiya bu gərginlikdən məmnuniyyətlə, bacarıqla istifadə etdi.Rusiya Türkiyənin üst-üstə düşən maraqları bu prosesi sürətləndirdi və bu ABŞ-ı narahat edir.ABŞ yaranmış vəziyyətə görə məsuliyyət daşıyır. F35 təyyarələrinin alınması, S400 krizi məhz ABŞ tərəfinin hərəkətlərindən irəli gəldi.ABŞ-ın PKK nı dəstəklməyəcəyinə dair bəyanatlarına Türkiyə tərəfi artıq ciddi yanaşmır.Ərdoğan ABŞ-ın hərəkətlərinin məyusluq doğurduğunu qeyd edib. Üstəlik Trampın Ərdoğana məlum məktubu,bu məktuba Türkiyənin cavabı da xoş qarşılana bilməzdi. Hazırda Trampın özünün vəziyyəti yaxşı deyil və impicment məsələsi günü-gündən aktuallaşdığı üçün o konqresin qərarına yəqin ki, təsir östərə bilməyəcək.

O ki qaldı bu qərarın Azərbaycana necə təsir göstərəcəyinə, onu deyə bilərəm ki, Azərbaycan bir neçə ştatda Xocalı soyqrımının tanınmasına nail olub. Azərbaycanın enerji layihələri, beynəlxalq terrorizmə dəstək baxımından verdiyi töhfələr, geosiyasi mövqeyini nəzərə alsaq bu bizim münasibətlərimizə ciddi xələl gətirməməlidir. Lakin son zamanlar ABŞ-ın Azərbaycandakı nümayəndəsinin telefon danışıqlarına qulaq asılması və bunun REAL TV-də nümayiş etdirilməsi müəyəyən gərginliklər yaradıb. Azərbaycan- Türkiyə həmişə bir millət iki dövlət devizinə sadiqdir. Yəqin Azərbaycan XİN belə bir qətnamənin qəbuluna etiraz bildirərək Türkiyəyə dəstəyini ifadə edəcək.

İlhamə Rəsulova

Paylaş »
››› "Lavrovun bəyanatı Rusiyameyilli kadrların işdən kənarlaşdırılmasına cavabdır"
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Stalin nə qədər pul qazanmışdı?
››› Bakı metrosunda iki stansiyanın adı dəyişdiriləcək
››› Nazir daha iki direktoru işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »