Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 21099" maraklı avtomobil toqquşub.

Baş vermiş yol qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

Avtoqəza nəticəsində 1988-ci il təvəllüdlü Babayev Ramil Dilqəm oğlu və 1988-ci il təvəllüdlü Qurbanov Babək İsmayıl oğlu dünyasını dəyişib.

1993-cü il təvəllüdlü Allahverdiyev Səbuhi Tacəddin oğlu, 1996-cı il təvəllüdlü Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 1988-ci il təvəllüdlü Əmirov Vidadi Rəhim oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.

Son xəbərlər
Bütün xəbərlər »