Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
50 il qarajda qalan maşını 1,5 milyon dollara satdılar - Foto

“Lamborghini”ni 50 il unudub qarajda saxlayan adamlar var. “RM Sotheby's” belə bir avtomobilin hərracını təşkil edib.

Bizimyol.info xəbər verir ki, 1969-cu ilin istehsalı olan “Lamborghini Miura P400 S” 1,2 milyon funt sterlinqə (təxminən 1 milyon 544 min dollar) satılıb.

Maşını Almaniyanın Şvartsvald dağ massivində üzə çıxarıblar. Avtomobil istehsal olunduğu il alınıb və cəmi 29 min kilometr sürülüb. “Lamborghini” çox yaxşı vəziyyətdədir. Tozunu silərək birbaşa hərraca çıxarıblar.

“Lamborghini Miura”lar 1966-cı ildən istehsal olunmağa başlayıb. 1973-cü ildən sonra istehsalı dayandırılıb. O vaxt dünyanın ən sürətli avtomobili sayılırdı. Cəmi 764 ədəd istehsal olunub.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »