Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bankdan milyonlar oğurlayan kassir qadını 10 il sonra ələ keçirdilər

Rusiya böyük pullar oğurlayan bank əməkdaşlarının ölkəsinə çevrilir.

Bu il Kazanda 24,5 milyon rublla (təxminən 400 min dollar) yoxa çıxan Luiza Xayrullina haqda dünyanın çox yerində danışdılar. Bankın xəzinədarı sonradan polisin tələsinə düşdü.

Bizimyol.info xəbər verir ki, Kazanda hələ 10 il əvvəl böyük pullarla qeybə çəkilən bank əməkdaşı Roza Aqlemzyanovanı polis ələ keçirib. 11,4 milyon rublla yoxa çıxan qadın ad-soyadını dəyişərək rahatca yaşayırmış.

O vaxt 24 yaşı olan Roza “Rosselxozbank”da işləyirmiş. Həmin gün mühasibi əvəz etməli olub. Beləcə, kassir qadın pulları götürüb aradan çıxmışdı. Sonradan onun qızı Katya və vətəndaş nikahında olduğu İldar Qiniyatullinlə birlikdə getdiyi məlum olmuşdu. Beş il sonra Roza öldürülmüş hesab edilməyə başladı. Polisin fikrincə, Kazandakı məşhur Xausenovun bandası qadından istifadə edərək, onu öldürə bilərdi.

Bu illər ərzində polis ailəni çox axtarmışdı. Nəhayət, 2015-ci ildə Leninqrad vilayətindəki oğurluq hadisəsi məsələyə işıq saldı. Polislə atışma zamanı oğrulardan biri yaralandı. Onun İldar Qiniyatullin olduğu müəyyənləşdi. Polisdə də Rozanın sağ olduğu haqda fikir formalaşdı.

Həmin il İldar 15 il azadlıqdan məhrum edildi. İndi isə növbə məhkəmə hökmünü gözləyən Rozanındır.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »