Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviya qəzeti Rusiyanı düşmən adlandırdı: “Silahlanmaq lazımdır”

İsveçin “Dagens Nyheter” qəzeti Rusiyanı tarixi düşmən saydığını bildirib. Nəşr rəsmi Moskvanı Suriya müharibəsinin qalibi adlandırıb.

Bizimyol.info xəbər verir ki, İsveç qəzeti “silahlanmaq lazımdır” yazıb. “Dagens Nyheter” heç ABŞ-a da güvənmir. Skandinavlar Amerikanın əvvəldən proqnozlaşdırılması çətin olan addımlarından çəkinir. Qəzet bu məqamı Avropa İttifaqının nəzərinə çatdırıb. Rusiya isə konkret düşmən adlandırılıb. Qəzet Rusiyaya təzyiq göstərməyin vacibliyini bildirib.

Yazının müəllifi Avropanın bir çox ölkələrinin Rusiya ilə iqtisadi əlaqələri normallaşdırmağa çalışmasını qeyd edib. Jurnalist Macarıstanın, Yunanıstanın, Fransanın və Almaniyanın adını çəkib.

Avropa qəzetləri Rusiya təhlükəsi haqda ilk dəfə danışmır. Mayda Almaniyanın “Die Welt” qəzeti Rusiyanın fövqəldövlətə çevrilməsi haqda yazmışdı. Jurnalist Mixael Ştyurmer bu ölkə ilə hesablaşmağın vacibliyindən söz açmışdı.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »