Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ölkəsində küçədə kondisionerlər quraşdırmağa başladılar

Dünyanın neft ölkələrindən sayılan Qətərdə istidən həmişə əziyyət çəkirlər. Hətta gecə də temperatur +30 dərəcədən aşağı düşmür.

Bizimyol.info xəbər verir ki, Qətərdə küçələrdə kondisionerlər quraşdırmağa başlayıblar. Yəni xüsusi qurğular havanın temperaturunu aşağı salmağa çalışır. İlk baxışdan məntiqli görünsə də, məntiqsiz tərəfi də var. Elə bunu ölkədə çox müzakirə edirlər.

Ən çox o sualı verirlər ki, axı küçədə havanı necə soyutmaq olar? Hökumət anlayış göstərilməsini istəyir. Anlaşılandır ki, soyutma lokal xarakter daşıyır. Yəni insanların çox olduğu yerlərdə müvəqqəti sərinlik yaradılır.

Ən çox narahatlıq elektrik enerjisi israfı ilə bağlıdır. Düzdür, ölkənin pulu çoxdur. Qətər neft pullarını xərcləməyə yer tapmır. Amma pulu sözün birbaşa mənasında belə havaya sovurmaq da olmaz.

Üstəlik, belə soyutma proseduru havaya zərərli qazların buraxılmasına da gətirib çıxarır. Dünyada isə əks proses gedir. Daha çox Qərb ölkələrində zərərli qazlardan uzaq qaçmağa çalışırlar.

Qətərin yaxınlığındakı Asiya ölkələrində başqa tədbirlər də görürlər. Məsələn, Günəş işığına qarşı əksetmə funksiyası olan asfaltlar salırlar.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Avqustda bürcləri nə gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »