Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk insanın vətəni tapıldı

Avstraliyanın Qarvan tibbi tədqiqatlar institutu ilk insanın vətənini müəyyənləşdirib. Onların fikrincə, müasir insanın əcdadları Afrikanın cənub hissəsində peyda olublar.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar çoxsaylı qan nümunələrini analiz ediblər. Bununla da mitoxondral genlərin tam kataloqunu yaratmağa çalışıblar. Beləcə, aydınlaşıb ki, “Homo sapiens”in ana tərəfdən başlanğıcı Botsvana və Namibiya arasında yerləşən Zambezi çayının cənubu ilə Zimbabvenin şərqi arasında təşəkkül tapıb.

Burada böyük Makqadikqadi gölü yerləşirdi. Göl böyük qida ehtiyatlarının yaranmasına rəvac verirdi. Makqadikqadi 70 min il ərzində sabit ekoloji mühitin təminatçısı olmuşdu. Amma 110-130 min il əvvəl insanlar əvvəlcə şimal-şərqə, sonra isə cənub-qərbə üz tutub. Bu da həyat şərtlərinin dəyişməsinə görə olub.

Afrikada iqlimin dəyişməsi insanları da köçəri həyata məcbur edib. Bu həm də insanın genetik və mədəni inkişafında rol oynayıb.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »