Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan bununla guya tədbiri boykot edir

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş zirvə toplantısında 120 dövlətin Ermənistanı işğalçı dövlət kimi tanımasına Ermənistan Xarici İşlər Nazirliyi çox sərt bəyanat verib. O bəyanatda Qoşulmama Hərəkatında təmsil olunan dövlətləri məsuliyyətsizlikdə günahlandırıb.

Politoloq Nəzakət Məmmədova Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki,Ermənistanın bu cür reaksiyası gözlənilən idi. Çünki o, öz xeyrinə olmayan, onun işğalçılıq siyasətini ifşa edən proseslərə daima bu cür yanaşma nümayiş etdirib. Qoşulmama hərəkatının 18-ci Bakı zirvə görüşünə Ermənistan nümayəndələrinin qatılmaması onunla bağlıdır ki, Ermənistan bununla guya tədbiri baykot edir. Halbuki, Ermənistan təşkilat yanında müşahidəçi statusunda akreditasiya olunub. Dünyanın 120 ölkəsinin iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə işğalçı ölkənin iştirak etməməsi heç nəyi dəyişmədi. 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi, üstəlik, Azərbaycan xalqına təşəkkür sənədi imzalandı.

Belə bir siyasi hərəkata üzv olmaq və sədrlik etmək ölkəmizin uğuru baxımından təqdirəlayiqdir. Bizim gözləntimiz əsasən ondan ibarətdir ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstəklərini davamlı surətdə etsin. Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »