Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İrana silah satmaqdan imtina edib

Rusiya İsrail üçün İranla hərbi sənaye sahəsində bir sıra layihələrindən vaz keçib.

Bunu İsrail baş nazirinin müşaviri Ariyel Bulşteyn də təsdiq edir.

A.Bulşteyn “İsvestiya” qəzetinə verdiyi müsahibədə Kremlin İsrailin xahişi ilə İrana bir sıra yüksək texnologiyalı hərbi texnikanı vermədiyini bildirib.

Onun sözlərinə görə, yəhudi dövləti rəsmi Moskvanın bu jestini cavabsız qoymayıb və o da Rusiyanın “həssas” olduğu bölgələrə hərbi texnika və ləvazimat tədarük etməyib.

Bulşteyn bunun üçün Ukrayna ilə bağlı prosesi nümunə göstərib. Belə ki, 2014-cü ildə İsrail rəsmi Kiyevə “Aeronautics Defense Systems” şirkətinin pilotsuz uçan aparatlarını satmayıb.

Rusiya isə yaxın müttəfiqi olmasına rəğmən, İrana “İsraili Yer üzündən siləcək” “S-400” raketlərinin satılması məsələsində rədd cavabı verib.

Rəsmi Moskva bunu Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarcağı ilə əasaslandırıb. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »