Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Bələdiyyələr ölü doğulan uşaq kimidir”

“Dünyada yalnz bizim ölkədə seçilmişlər təyin edilmişlərdən asılı vəziyyətə düşdü”.

Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 4 765 nəfərin namizədliyi irəli sürülüb.

Bizimyol. info xəbər verir ki, namizədliyi irəli sürülən 4 765 nəfərin 65 faizi kişi, 35 faizi isə qadındır.

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir.

Qanuna uyğun olaraq macoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Qanunla hər şey gözəldir. Lakin bu da sirr deyil ki, bələdiyyələr sadəcə hansısa dövlət orqanına möhürlü kağız vermək işindən başqa bir iş görmür. Hər halda Azərbaycanda xalq bələdiyyəni elə bu fəaliyyəti ilə xatırlayır. Hər dəfə dövlət bələdiyyə seçkilərinə vəsait ayırır, milyonlar sərf olunur.Təbii ki, bu bizim hamımızın cibindən çıxan pullardır. Ortada isə səmərəli iş yoxdur. Bəs bələdiyyələrin effektiv bir qurum olması üçün nə etmək olar? Qonşu Türkiyədə İstanbul Böyük Bələdiyyəsinə seçkilər az qala prezident seçkiləri qədər əhəmiyyətlidir və Ərdoğan da hakimiyyətə məhz bu postdan gəldi.

Bizimyol.info bələdiyyə seçkilərini iqtisadçı, Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli Natiq Cəfərli

Natiq Cəfərlinin fikrinə görə bu seçkilərin əsas müzakirə məsələsi Böyük Şəhər Bələdiyyələrinin yaranması, Mer institutlarının formalşdırılması olmalıdır. Əgər Bakının seçkili Meri olsa belə biabrçılıqlar azalar, ya da heç olmaz, bu institut istər-istəməz yeni situasiya, yeni oyun qaydaları da yaradacaq. Bakıya və digər böyük şəhərlərə seçkili Mer – bu bələdiyyə seçkiləri sürəcinin əsas şüarı bu olmalıdır!

“Biz keçən il Bakı şəhər İcra Hakimiyyətinə 31 dəfə müraciət etsək də qeydiyyata alınmamışıq. Ona görə partiya olaraq seçkilərdə iştirak edə bilməyəcəyik.Yəqin onlayn qurultay keçirən ilk partiya da bizik.

Bu bələdiyyə sürəcindən istifadə edərək onların düşmüş nüfuzu, düzgün təşkili barədə təbliğat aparacağıq. Fərdi şəkildə namizədlərimiz olacaq.

Əslində Azərbaycanda bələdiyyə sstemi 1999-cu ildə yaradıldıqdan bəri ölü doğulmuş bir uşaq kimi ölü orqan oldu. Getdikcə səlahiyyətləri azaldı. İcra hakimiyyətlərinin təsiri altına düşdülər və dünyada yalnz bizim ölkədə seçilmişlər təyin edilmişlərdən asılı vəziyyətə düşdü.Ona görə yerliözünüidaretmənin nüfuzunu bərpa etmək lazımdır. Onların maliyyə dayanıqlılığı bərpa edilməlidir.Azərbaycanda bütün bələdiyyələrin büdcəsi Türkiyənin o qədər də böyük olmayan Adana şəhərinin büdcəsindən 5-6 dəfə azdır. Belə səlahiyyət azlığı və maliyyə azlığı ilə onların nüfuzu ola bilməyəcək. İcra Hakimiyyəti strukturunun bəzi səlahiyyətləri bələdiyyələrə verilməli, maliyyə dayanıqlılığı təmin edilməlidir.

Bu olmalıdır ki, vətəndaş bələdiyyələrə vacib orqan kimi baxsın və onların bir orqan olaraq işəyararlılığı təmin edilsin”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »