Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vurğun Əyyub adına təqaüd proqramı xəbəri yalan çıxdı - Foto

Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik etmiş Vurğun Əyyub adına təqaüd proqramının təsis edilməsi xəbəri təsdiqini tapmadı.

Bizimyol.info xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub adına təqaüd proqramının təsis edilməsi xəbəri yalan çıxdı. Təqaüd proqramının təsis edilməsi qısa bir zamanda tələbələr arasında yayılsa da, xəbərin yalan olduğu deyilir.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. O bildirdi ki: "Bu hələ ki təklifdir. Bununla bağlı hansısa qərar qəbul olunmayıb".

Kamran Əsədov Kamran Əsədov

Ekspert onu da qeyd etdi ki: "Təbii ki, tanınmış, təhsil sahəsində fəaliyyəti olan şəxslərin adına bu tip təqaüdlərin olması yaxşı bir haldır. Bu həm onların xidmətlərinin itməməsi üçün önəmlidir, həm də tələbələr arasında rəqabətin formalaşmasında stumullaşdırıcı amildir. Eyni zamanda da sosial vəziyyəti aşağı olanlar üçün ciddi bir dayaqdır".

Aləmdə Nəsib, Bizimyol.info

Vurğun Əyyub adına təqaüd

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »