Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deputatlar daha hansı hərəkətlər etməlidirlər ki, növbədənkənar parlament seçkiləri keçirilsin?”

“Xatrılayıram ki, bir müddət öncə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yazılanlara münasibət bildirərkən Baş nazirin keçmiş müavini Əli Əhmədov bunu jurnalistlərin oxucu sayı artırmaq üçün etdiklərini bildirmişdi.

İndi baxıram ki oxucu, izləyici sayını pik nöqtəyə çatdıran deputat Xanhüseyn Kazimlının parlament komitəsindəki çıxışı olub. Deputat bir əndrabadi çıxışı ilə Azərbaycan sosial media sektorunda trendə çevrilib”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. “Bir müddət öncə isə borc qalmaqalı ilə üzləşən və deputat mandatından imtina edən başqa bir deputat sosial mediada trendə çevrilmişdi.

Osman Gündüz Osman Gündüz

Ondan öncə isə vergiləri ödəməyən və dövlət məmurlarına qarşı zor işlədən daha bir deputat trendə çevrilmişdi.

Buradan belə qənaətə gəlmək olar ki , əslində hörmətli Əli müəllimin arqumentləri ciddi deyil. Yəni, əslində oxucu və izləyici sayını mövcud parlamentin özündə baş verənlər, mövcud deputatların açıqlamalrı və hərəkətləri, həmçinin də hərəkətsizliyi artırır.

Yeri gəlmişkən , baş verənlər bir daha göstərir ki növbədənkənar parlament seçkiləri hazırda Prezident tərəfindən davam etdirilən islahatlara ciddi , çox böyük dəstək ola bilərdi. Cəmi bir neçə aktiv deputatları çıxmaq şərtilə, deputatların xeyli hissəsi, ancaq tormozlamaq , mənfi imic qazandırmaq, kölgə salmaqla məşğuldur.

Bir neçə gün öncə İTV-də deputat Vahid Əhmədovun çıxışını izlədim. Bu çıxış da yaxşı mənada trendə çevrilmişdi.

Özüm bu haqda nə qədər yazsam da , birbaşa “mətbəxin” içərisində olan Vahid bəyin haqsız rəqabətlə, deputat-məmur biznesi ilə bağlı dediklərindən heyrətlənməmək mümkün deyil. Deputat açıq aşkar deyir ki bu Milli Məclis də, ondan əvvəlki də, həmçinin ondan da əvvəlkilər, 13 il ərzində bilərəkdən, qəsdən Rəqabət Məcəlləsini qəbul etməyə qoymayıblar. Ki , öz bizneslərinə birdən xələl gələr.

İndi görün bu cür qüdrətə malik deputatlar bu 13 il ərzində qəbul edilən qanunlara, öz bisneslərini qorumaq, inhisarçı mühit formalaşdırmaq üçün nə qədər A, B C, maddələri əlavə edə biliblər. Növbədənkənar seçkilərin əleyhinə olanlaradır sözüm, bundan da betər sabotajçılıq ola bilərmi, bundan da betər islahatlara əngəl yaratmaq ola bilərmi .

Görünür , Prezident də artıq 13 il bu məcəlləni rədd edən Milli Məclisdən əlini üzdüyünə görə, hədsiz sərt formada mesajlar vermiş, islahatları sürətləndirmək üçün nazir Mikayıl Cabbarova inzibati üsullarla , “top-tüfənglə”də olsa inhisarçılığıa, haqsız rəqabət aparanlara qarşı amansız olmağı tapşırmışdı. Məcəllə, Qanunlar olmayanda, zatən başqa yol da qalmır.

Anlamıram ki bu deputatlar daha necə maneçilik etməlidirlər, necə əngəllər yaratmalıdırlar, hansı hərəkətlərə yol verməlidirlər ki növbədənkənar parlament seçkiləri qaçılmaz olsun”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »