Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada evtanaziya leqallaşdırıla bilər

Rusiya hökuməti ölkədə evtanaziyaya icazə verilməsi məsələsini müzakirə edir.Öncə qeyd edək ki, evtanaziya sağalmaz xəstəliyə düçar olmuş şəxslərin öz arzuları əsasında tibbi yolla həyatına son verilməsi prosedurudur.Bu xəstəni məşəqqətli ağrılardan azad etmək üçün dünyanın bəzi ölkələrində qanunla qəbul edilmiş addımdır.

Tibb dünyasında evtanaziya terminini ilk dəfə ingilis filosof Frensis Bekon işlədib ( XVI-XVII). Alim yazıb ki, həkim pasiyentin əzablarını azaltmalı və həyatdan asanlıqla getməsinə kömək etməlidir. 1930-1940-cı illərdə faşistlər “T-4” proqramı çərçivəsində bu termini işlətməyə və həyata keçirməyə başladılar. Belə ki, onlar əlilliyi, genetik, psixi xəstəliyi olan insanları eftanaziya yolu ilə öldürməyə başladılar.

XX əsrin sonunda bu ideya yenidən populyarlıq qazandı.

Evtanaziyanın 2 növü var- aktiv və passiv

Aktiv evtanaziya pasientə dərman maddəsini ölümcül dozada verməyi nəzərdə tutur.İlk dəfə bu üsuldan ABŞ da yaşayan erməni doktor Cek Kevorkyan istifadə edib. 1989-cu ildə o , xəstənin qanına ölümcül dozada ağrıkəsici və toksik maddələr ötürən mersitron adlı maşını yaratdı. 1990-cı ildə mersitrondan ilk xəstənin ölümü üçün istifadə edildi. 1998-ci ilə qədər bu aparat vasitəsilə 130 insan eftanaziya edildi.199-cu ildə Kevorkyan eftanaziyaya görə 10 il müddətinə azadlıqdan məhrum edildi.

Passiv evtanaziya- pasiyentin müalivə və terapiyadan şüurlu şəkildə imtina etməsidir.

Eyni zamanda hazırda könüllü və məcburi eftanaziya deyə iki anlayış yayılıb. Könüllü evtanaziyada xəstə özü, məcburi evtanaziyada şüursuz vəziyytdə olan xəstənin yaxınları qərar verməli olurlar.

2003-c ildə Avropa Palliativ Assosiasiyası öz hesabatında evtanaziyanın yalnız aktiv və könüllü ola biləcəyini irəli sürdü və bütün beynəlxalq təşkilatlar bu təklifi qəbul etdilər.

2011-ci ildə Rusiyada “Vətəndaşların sağlamlığının mühafizəsi” haqqında qanunda müalicədən imtina praktikası barədə maddə də yer alıb.Bu vegetativ vəziyyətdə olan şəxsə qarşı müalicənin dayandırılmasını nəzərdə tutan maddədir. Eyni zamanda Rusiya Federal qanunlarına görə 45-ci maddə eftanaziyanı qadağan edir.Qanun maddəsində pasiyentin öz arzusu ilə evtanaziya edilməsinə görə cəza tətbiqi nəzərdə tutulur.Bununla belə bu məsələ yenidən müzakirələr üçün açılıb. Çünki Rusiyada son illər ağır xəstəliklərə tutulmuş insanların intihar edərək həyatlarına son verməsi halları çoxalıb.

Bir neçə gün öncə RF səhiyyə nazirir Veronika Skvortsova bildirib ki, evtanaziya məsələsi referendum yolu ilə öz həllini tapmalıdır.

“Başqa ölkələrdə bu referendum yolu ilə həll olunur, çünki müxtəlif dini inanclar mövcuddur.Mən ölkəmizdə bu problemin necə həll olunacağı barədə proqnoz verə bilmərəm. Əhali özü buna hazır olub-olmamasına qərar verməlidir”-deyə nazir “Rosiyya” kanalının efirindən bildirib. Lakin MSK sədri Ella Pamfilova bu imkanı istisna edib və referendumla həll yolunun yolverilməz olduğunu söyləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kremlin bu məsələyə dair qəti mövqeyi yoxdur.Lakin o eftanaziyaya icazə verilə biləcəyini də istisna etməyib.

Hansı ölkələrdə eftanaziyaya icazə verilir?

20052-ci ildən Niderland və Belçikada evtanaziyaya rəsmi icazə verilib. Sağalmaq şansı olmayan və eyni zamanda dəhşətli ağrılardan əziyyət çəkən insanlara evtanaziya hüququ verilir. Evtanaziya haqqı üçün xəstə şüurlu hada bir neçə dəfə razılığını bəyan etməlidir.

2014-cü ildən uşaqlarında eftanaziyasına icazə verilir.Ölüm letal dozada iynə vurulması ilə həyata keçirilir. ABŞ-da eftanaziya 5 ştatda leqaldır.Ölüm iynəsini özünə xəstə özü vurmalıdır.

İsveçrədə 1942-ci ildən həm yerlilərə həm əcnəbilərə eftanaziya haqqı verilib. Bu ölkədə də ölüm iynəsini xəstə öz bədəninə özü yeritməlidir.

2009-cu ildə Lüksemburqda, 2015-ci ildə Kolumbiya və Kanadada evtanaziya hüquqi haqq qazandı. 2010-cu ildən İsveçdə xəstənin arzusu ilə onu süni yaşam aparatlarından ayırmağa icazə verilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsində cinayətin motivi – xəstəni iztirablardan qurtarmaq üçün yazığı gəlib pasientin xahişi ilə onu öldürməsi cinayət hesab edilir. Qanunlarımız evtanaziyaya yol vermir. Bu günə qədər ölkəmizdə heç bir həkim evtanaziya etməyib.

Ağır sağalmayan xəstəliyə düçar olan xəstələri iztirablardan qurtarmaq üçün ağrıkəsici və sakitləşdirici tibbi preparatlardan istifadə etmək, xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün konsilium keçirib tibbi-psixoloji tədbiriər görmək məqsədəuyğun hesab edilir.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »