Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arnold Şvartseneger evindən uzaqlaşmaq məcburiyyətində qalıb

Los-Anceles ətrafında tüğyan edən təbiət yanğınları ucbatından şəhərin bəzi bölgələrində insanlar kütləvi şəkildə təxliyyə olunur.

Bizimyol.infoxəbər verir ki,  “İnterfax”ın yaydığı məlumata görə, təxliyyə olunanlar arasında məşhur aktyorlar Arnold Şvartseneger və Rayan Filip, NBA ulduzu LeBron Ceyms kimi məşhurlarda var.

Həmçinin yanğınların təhdid etdiyi dünyanın ən iri incəsənət muzeylərindən “Getty Center”in rəhbərliyi odadavamlı materiallardan hasar tikdirməyi düşünür.

Qeyd edək ki, ötən həftədən etibarən bütün Kaliforniyanı ağuşuna alan meşə və təbiət yanğınları üzündən qubernator Qavin Nyusom fövqəladə vəziyyət tətbiq etdiklərini açıqlamışdı. Ştatın 58 dairəsinin (qəzasının) 43-də qırmızı təhlükə elan edilib.

Bu mövsüm üçün adi hal olan təbiət yanğınlarının bu il güclü külək üzündən daha tez yayıldığı və daha çox təhlükə yaratdığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »