Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli KİV-in verdiyi məlumata görə, Trampın bu səhvi barədə amerikalı jurnalist Daniel Deyl “Twitter” səhifəsində yazıb.

Belə ki, V.Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi barədə araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub.

“Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı”, - deyə Tramp vurğulayıb.

Yeri gəlmişkən, ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb. Prezidentin çıxışı orada olduğu kimi, düzəlişsiz dərc edilib.

Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

Bu söhbət Ağ Ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.(virtualaz.org)

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »