Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın köməkçisi General: “Mən Qusar rayonunda yaşayıram. Deputat Bakıdadır”

Xəbər verildiyi kimi, seçicilərin deputatlarla daha asan əlaqə qura bilmələri üçün Milli Məclisin rəsmi veb-səhifəsində mobil nömrələr yerləşdirilib. Həmin nömrələr deputatların köməkçilərinə məxsusdur.

Bizimyol.info-nun əməkdaşı telefon nömrələri açıqlanan bəzi deputatların köməkçiləri ilə əlaqə saxlayıb deputatlardan müsahibə almaq istəyini bildirib.

Ülvi Quliyevin köməkçisi Samir Səfiyev bildirib ki, müsahibə almaq üçün vasitəçi ola bilməyəcək: “Mən Ülvi müəllimlə əlaqə saxlaya bilmirəm”.

Xanlar Fətiyevin köməkçisi Musa Abdullayev jurnalist olduğumuzu biləndən sonra bizə “səhv düşmüsünüz” dedi.

Azər Badamovun köməkçisi General Sadulov bildirib ki, o, bizi deputatla əlaqələndirə bilməyəcək: “Mən Qusar rayonunda yaşayıram. Deputat Bakıdadır”.

General deputat Əliağa Hüseynovun köməkçisi Aytən Qəniyeva bildirdi ki, deputatın açıqlama verə bilməyəcək, onun bu həftə gərgin iş rejimi var.

Fəzail Ağamalının köməkçisi Xidmət Orucov deputatla danışıb yenidən əlaqə saxlayacağını dedi. Amma zəng etmədi.

Əli Hüseynlinin köməkçisi Bayram Yusifova zəng çatmadı.

Sabir Hacıyevin köməkçisi Anar Cabbarova zəng çatmadı.

Elşən Musayevin köməkçisi Rəhman Tahirovun zəng çatmadı.

Çingiz Qənizadənin köməkçisi Zöhrə Rəhimova zəngə cavab verməyib.

Madər Musayevin köməkçisi Gümüş İbadova zəngə cavab verməyib.

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »