Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Cabarov: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, danışıqlar lazımdır"

"Təəssüf ki, bu gün Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqeləri bir-birinə ziddir... Ancaq münaqişənin hərbi yolla həlli yoxdur. Uzun və çətin danışıqlar lazımdır. Ən əsası, tərəflər qarşılıqlı güzəştlərə və hətta kompromis həll yollarına hazır olmalıdırlar".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov "Parlament qəzeti"nə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən deyib.

O, bu münaqişəsinin postsovet məkanında ən uzunmüddətli problem olduğunu vurğulayıb.

V.Cabarov bildirib ki, münaqişə zamanı tərəflərin bir-birinə qarşı çoxsaylı qəzəbi və iradı toplanıb: "Axı, 30 il ərzində bu iki xalqın Sovet İttifaqı daxilində dinc və yanaşı yaşadığı zamanların olduğunu bilməyən ermənilərin və azərbaycanlıların iki nəsli yetişib. Zaman keçməlidir, məlumdur ki, o, hər şeyin dərmanıdır".

V.Cabarov Cənubi Qafqazın bütün respublikalarının - Azərbaycan, Gürcüstan və Ermənistanın zamanla bir-birləri üçün mehriban qonşu olacağına ümid etdiyini bildirib.(report)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »