Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məmurların çoxu dövlət büdcəsinin hesabına bizneslə məşğuldurlar" - Açıqlama

“Nə qədər oliqarxlar varsa inhisarçılıq ləğv olan deyil. Məmursansa məmurluqla məşğul olub maaşını alıb dolanmalısan. Yox biznes qurursansa, istefa verib gedib bizneslə məşğul olmalısan”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Millət vəkili, texnika elmləri doktoru Vahid Əhmədov səsləndirib.

Vahid Əhmədov Vahid Əhmədov

Cəmiyyətimizdə məmur özbaşınalığı, oliqarxların yaratdığı keçimilməz sədləri aşağıdakılar bilib, öz canları üstündə hiss etsəlr də yuxarıdakılar bu barədə daha çox susmağa üstünlük verirlər. Lakin bu günlərdə ndövlət başçısının etdiyi xəbhərdarlıq, hakim komandada bəzi qüvvələrin süni problemlər yaratması barədə söylədiyi fikirlər insanlara ümid verdi.

Bu mənada hər zaman fikirlərini açıq şəkildə bəyan edən millət vəkili Vahid Əhmədov çox maraqlı açıqlama verib:

“Məmursansa məmurluqla məşğul olub maaşını alıb dolanmalısan. Yox biznes qurursansa, istefa verib gedib bizneslə məşğul olmalısan.17 ildir Milli Məclisdə "Rəqabət Məcəlləsi"ni qəbul edə bilmirik. Hər sessiyada bu məsələni qaldırıram. İnhisarçılıqla məşğul olanlar bu məcəllənin qəbul edilməsinə imkan vermirlər. 10 il əvvəl oxunuşa çıxartıq, 3-cü oxunuşa çıxarmağa qoymadılar. Məmurların çoxu dövlət büdcəsinin hesabına bizneslə məşğuldurlar.O məmurlar ki, inhisarçılıqla məşğuldurlar, onar bu məcəlləni qəbul olunmağa qoymadılar.”Rəqabət” məcəllsi 2019-2020-ci il strteji yol xəritəsinə salınıb.İkinci məəslə gəlir vergisinə dair normativ sənədlər də 10 ildir prezidentin göstəriş verməsinə baxmayaraq hazırlanmayıb.

Müstəqillik əldə edildikdən sonra hakimiyyətə müxtəlif insanlar gəliblər. Bu insanlar müəyyən yollarla çoxlu sayda əmlaka, dövlət vəsaitinə sahib olublar.Xarici banklarda mily6ardlarla vəsaitləri var. Indi deyirik gəlin maliyyə amnistiyası elan edək.Onlar bu pulu qazanıblar. Onların əlindən bu pulu almaq mümkün deyil.Qanun qəbul edilsə həmin şəxslər həmin vəsaiti gətirib Azərbaycana investisiya kimi yatırsınlar.Qanunda da qeyd edək ki, bu vəsait terrorizm və narkobiznesdə istifadə oluna bilməz.Kim desə ki, Azərbaycanda inhisarçılıq yoxdur, o düz demir.Bazara girmək mümkün deyil.Heç bir topdansatış bazası öz-özünə əmələ gəlməyib, hamısının arxasında məmur durur, oliqarx durur.Bu bir halqadır, o qırılmasa mümkün deyil”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »