Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən hərbçilərin pensiyaları ilə bağlı açıqlama

"Hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir".

Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirlikdən qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq: "Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək.

Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib".

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »