Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masazırlılara müjdə - "525" çiləsinə son verilir

Masazır qəsəbəsində nəqliyyat problemlərindən çox yazdıq, çox dedik. Bir ay öncə Masazırda yaşayan bir qrup sakin şikayət məktubu ilə Bizimyol.info–nun redaksiyasına müraciət edərək dərdlərini dilə gətirmişdilər.

“Bakıdan Masazıra bircə də marşrut xətti var-525 saylı avtobus. Bu avtobusu boş görüb, içərisinə rahat minə bilənə Masazır camaatı yüksək məbləğdə mükafat təyin edib. Lakin hələ bir qəhrəman yoxdur ki, bu mükafatı ala bilsin”.

Masazırda həyət evləri ilə yanaşı, "Qurtuluş 93", "Yeni Bakı", "Zəngilan şəhərciyi" və əsasən hündürmərtəbəli binalardan ibarət olan digər böyük yaşyış kompleksləri yerləşir. Bu qədər əhali isə şəhərə gəlmək üçün tək bir marşrut xəttinə, sözün əsl mənasında, möhtacdır. "Əcəmi" metrostansiyasına və geri hərəkət edən bu avtobuslara günün pik saatlarında minmək, ümumiyyətlə, mümkün deyil. Bir neçə il əvvəl "20 yanvar" metrostansiyasından Masazıra və Saraya getməklə əlavə xətt açılsa da, bir müddət sonra bağlandı. Səbəbin isə inhisar olduğunu ehtimal ediblər.

Lakin nəhayət, bu çiləyə son verilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 569, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub. Buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »