Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dotasiya müşkülü - Gələn ildən 40 rayona pul verilməyəcək
Usaqpulu

Adətən dövlət başçısı hansısa rayona səfər edərkən mütləq şəkildə bu səfər zamanı həmin rayonun iqtisadi inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılır. Əslində ölkə başçısı səfərlərə çıxmasa belə bu kimi sərəncamlar imzalanır. Məsələn dünən Prezident İlham Əliyev "Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb.

Sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu xəbərdə ilk baxışda qeyri-adi görünən heç nə yoxdur. Amma Qəbələnin ən inkişaf etmiş regionumuz olduğunu nəzərə alsaq bu rayonun özü- özünü maliyyələşdirməsi lazım idi.Bəs o zaman dotasiyadan ayrılmış digər rayonlarımızda vəziyyət hansı şəkildədir?

2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Samir Şərifov icra hakimiyyətlərinə ayrılan dotasiyaların mexanizmini belə izah edib: “Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq.

Məhz bu səbəbdən də bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil.

Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapılıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır. Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur”. Düzdür bu çıxış bir balaca Xanhüseyn Kazımlının məşhur çıxışına bənzədi, amma reallıq budur.

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, hazırda Azərbaycanda regionlara dotasiya verilməsi məsələsi çox qarışıqdır.

Natiq Cəfərli

“Reionların dotasiya və ya özünü dolandırması kifayət qədər qarışıqdır. Əvvələr rayonların böyük əksəriyyəti dotasiya alırdı. Amma gələn ildən 40-a qədər rayon dotasiyadan çıxarılacaq. Burda bir maraqlı məqam var. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına dotasiyadan çıxarılmış rayonların əksəriyyəti dövlətdən müəyyən vəsait alır və bu vəsait icra hakimiyyətinin bir növ fonduna çevrilir. Bu bir növ onların öncədən gördüyü işə sonradan verilən maliyyə qiyməti kimi dəyərləndirilə bilər.

Bunu aradan qaldırmaq üçün Azərbaycanda rayonlar ayrıca iqtisadi subyektə cevrilməlidir. Çünki büdcə mərkəzləşmiş qaydada formalaşır. Regionların yerli büdcələrini formalaşdırmaq imkanları yoxdur. Təkcə bələdiyyələrin pul qazanmaq imkanı var, amma çox az. Bütün Azərbaycandakı bələdiyyələrin ümumi büdcəsi bir tək Adana şəhərinin büdcəsi qədərdir. Ona görə regionların özünün maliyyə subyekti kimi inkişafına və fəaliyyətinə şərait yaradılmalıdır.

Regionların özünün vergi bazası olsa və ya qanunda vergilərin bir hissəsinin regionların büdcəsinin formalaşması üçün ayrılmasına dair dəyişiklik olsa, o zaman datasiyaya ehiyac qalmayacaq.

Hazırda dotasiyadan ayrılmış rayonların belə müxtəlif kanallarla datasiya almasının şahidiyik. Ona görə dotasiyadan ayrılmaq demək olar ki, formal prosedura çevrilib”,- deyə o bildirib.

Görünən kəndə nə bələdçi? Hamının bir ayağı kənddə, rayonda, yəni öz elində obasında olduğuna görə, ayrılan dotasiyaların və vəsaitin haralara axması barədə ehtimallar o qədər də çətin deyil.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »