Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə ağır qəzada ölənlər universitet tələbələri imiş - Foto

Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlər tələbədir.

Bizimyol.info xəbər verir ki, hər iki tələbə Azərbaycan Dövlət Aqrar Univeristetində təhsil alıblar.

Onlar ADAU-nin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələri - Məmmədov Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğludur.

Qeyd edək ki, ötən gecə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.

Qəza zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263-1.4-ci (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qəzada ölən tələbələr

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »