Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Saleh Məmmədovun yalanını üzə çıxardı - Video

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovu tənqid edib.

Qaynarinfo-nun məlumatına görə, S.Məmmədov Prezidentə məlumat verib ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.

Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və səkkiz avtodayanacaq quraşdırılıb.

Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

S.Məmmədov bununla yanaşı, Nic-Abrıx yolundan danışarkən deyib ki, bu ərazidə 40-a yaxın yaşayış məntəqəsi var. Prezident isə onun sözünü kəsərək "Qəbələ rayonuna aiddir?” deyə bildirib.

S.Məmmədov isə cavabında "Bəli, Qəbələyə aiddir” deyə cavab verib. Bu isə Prezidentin irad bildirməsinə səbəb olub. Ölkə başçısı deyib: "Qəbələ rayonunda cəmi məncə 60 kənd var. Sən isə 40-a yaxın deyirsən”.

Bundan sonra S.Məmmədov Prezidentdən üzr istəyib. Prezident isə qeyd edib: "Mən bilirəm ki, Qəbələdə nə qədər kənd var. Qəbələdə üç qəsəbə, bir şəhər və 60 kənd var. Sən isə deyirsən ki, 40 kənd var. Şişirtmə bu rəqəmləri!” (Baku .ws)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »