Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 yaşlı qız rəfiqəsini timsahın dişlərindən qurtarıb

Zimbabvenin Xvanqe şəhərində 6-cı sinif şagirdi rəfiqəsini timsahın dişlərindən qurtarıb.

Bizimyol.info xəbər verir ki, “Lenta.ru”nun məlumatına görə, yırtıcı 9 yaşlı Latoya Muvaniyə dostları ilə çayda çimdiyii zaman ona hücum edib.

Timsah qızı əlindən və ayağından tutub suyun altına dartıb. 11 yaşlı Rebekka Munkombve rəfiqəsinin çığırtısını eşidib onun köməyinə tələsib.

“Uşaqların arasında ən böyüyü mən idim, buna görə hiss etdim ki, ona yalnız mən kömək edə bilərəm. Dərhal suya tullandım və onalara tərəf üzdüm”, - deyə Rebekka hadisənin təfərrüatlarını danışır.

Timsahın belinə dırmaşan cəsur qızcığaz onu yumruqlayıb və barmaqlarını gözünə soxub. Belə hücuma dözməyən heyvan Latoyanı dişlərindən buraxıb və dərhal aradan çıxıb.

Rebekka qan içində olan rəfiqəsini sahilə daşıyıb, orada isə dostları qızı sudan çıxarmağa kömək edib. Zərər cəkmiş Latoyanı xəstəxanaya yerləşdiriblər.

Tibb bacısı Bulavayo bildirib ki,  Latoya bir neçə sınıq olmaqla yüngül xəsarətlər alıb.

Zimbabvedə uzunluğu beş metrə qədər böyüyən Nil timsahlarına rast gəlinir. Onlar həddindən artıq aqressiv olurlar və hətta özlərindən dəfələrlə böyük heyvanlara hücum etməkdən çəkinmirlər.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »