Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryan Avropa Məhkəməsinə şikayət verdi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Avropa İnsan Haqları Məhkəməsinə həbsi ilə bağlı şikayət edib.

Koçaryan hüquqlarının pozulmasından şikayətlənib. Keçmiş prezidentin vəkillərinin yaydığı məlumatda deyilir:

“AİHM Koçaryanın ərizəsini qəbul edib və qeydiyyatdan keçirib. Ərizəni 17-18 oktyabr tarixlərində alan məhkəmə mümkün olduqca işə tez baxacaq”.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda təqsirləndirilir. 2018-ci ildə 2 dəfə həbs edilib buraxılan eks-prezident 2019-cu ilin iyununda yenidən tutulub. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »