Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Əli niyə müsəlman olmuşdu

Dünya boksunun əfasanəsi Məhəmməd Əli bu adla doğulmamışdı. Həyatının bir dönəmində müsəlman olmağı seçmişdi. Bəs Məhəmməd niyə müsəlman olmuşdu?

Bizimyol.info xəbər verir ki, məşhur boksçu müsahibələrinin birində buna tam aydınlıq gətirib. O, ətrafında xeyli saxtakarlıq baş verdiyini anlayıb. Məhəmməd peyğəmbərin göstərdiyi yolun düzgün olduğuna onda böyük əminlik yaranıb.

Məhəmməd Əlinin məşhur çıxışını nəzərinizə çatdırırıq: “Həmişə anamdan soruşurdum: ana, necə olur ki, hər şey ağdır? Niyə İsa peyğəmbər, Roma Papası ağdır? Mən anlamırdım ki, niyə cənnətə düşmək üçün ölmək lazımdır. Niyə mənim elə indicə gözəl maşınım, pulum, rahat evim ola bilməz? Baxın, Afrikada cəngəlliklər kralı sayılan Tarzan da ağdərilidir. “Tarzan” filminə baxmısız? Tarzan heyvanlarla onların dilində danışır. Amma guya əsrlərdir orada yaşayan afrikalılar heyvanları başa düşmür. Mənə maraqlı idi ki, niyə “Miss Amerika” həmişə ağdərili olur. Axı gözəl mulatlar da az deyil. Ana, niyə hər şey ağdır? Hətta Amerika prezidenti də “Ağ Ev”də yaşayır. Hər pis şey isə qara rəngdədir. Pis əlamət sayılan qara pişik. Düşməniksə, bax, səni qara siyahıya salaram. Soruşurdum ki, ana, niyə belədir, axı kağız ağ rəngdədir. Təsəvvür edin, olimpiya çempionu olmuşam. Rusu, polşalını geridə qoymuşam. Haradasa düşmənləri məğlub etmişəm. Fəxrlə dövlət himninə qulaq asdım. Sonra qızıl medalımı götürüb doğma şəhərimdə restorana gəldim. Ofisianta dedim: bir fincan kofe, hot-doq... O cavab verdi ki, bizdə zəncilər olmur. Hirslənib dedim ki, lənət şeytana, zənciləri mən də yemirəm, mənə kofe və hamburger verin. Məni restorandan çıxardılar. Onlar mənim olimpiya çempionu olmağımı heç veclərinə almadılar. Mən bu qızıl medalı öz ölkəm üçün qazanmışdım və sadəcə, yemək istəyirdim. Mən onda anladım ki, nəsə qaydasında deyil. Beləcə, müsəlman oldum. Mən həqiqəti anladım. Anladım ki, mənim adım Kassius Kley deyil. Mən əcdadlarımın adını götürdüm. Siz Robert adlı çinli təsəvvür edirsinizmi? Bizim dini oğurlayıblar. Mən eşidəndə ki, Məhəmməd peyğəmbərə bizi azad etmək tapşırılıb, özümü tam azad hiss etdim”.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »