Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən İŞİD liderinin öldürülməsi xəbərinə münasibət

Kreml İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İŞİD liderinin ölümü təsdiqini taparsa, bu zaman ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorçuluqla mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar.

"Öz-özlüyündə bu xəbər Rusiya hakimiyyətinin mənfi reaksiyasına səbəb ola bilməz. Həqiqətən də bizim hərbçilər həmin bölgədə Amerika təyyarələrini və pilotsuz uçuş aparatlarını görüblər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi də məsələyə münasibət bildirmişdi. Qeyd olunmuşdu ki, "Rusiya İŞİD lideri Əbubəkr Bağdadiyə qarşı təşkil edilən əməliyyatda iştirak etməyib. ABŞ təyyarələrinə Rusiya tərəfindən aviadəstək verilməyib".

Başqa sözlə desək, Nazirliyin verdiyi məlumata görə, ABŞ-ın Bağdadi əməliyyatı ilə bağlı suallar və şübhələr var.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Bağdadiyə qarşı əməliyyatın Rusiya, Türkiyə və İraq hərbi qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini açıqlamışdı. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »