Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir

Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür.

Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün bəzi mətbuat orqanlarda “BDU-nun yeməkxanasında qanlı olay – “Rektora yaxın gənc bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir.

Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alanlara ilkin tibbi yardımı BDU-nun polikilinikası tərəfindən göstərilib.

BDU-nun polikilinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir.

Görünən odur ki, yaxın günlərdə 100 illik yubleyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir.

BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babyev ilə əlaqəsi yoxdur və özəl iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir.

Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq. (Apa.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »