Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Budur, biz onları saxlayırıq, Azərbaycan və Ermənistan kimi”

Rusiya Dövlət Dumasının deputatı, LDPR lideri Vladimir Jirinovski Moskvanın bir sıra xarici ölkələrin borclarını bağışlamasının səbəbləri haqda danışıb.

Bizimyol.info xəbər verir ki, rusiyalı siyasətçi bunu “həmin ölkələrin başqa superdövlətlərin yanına getməməsi üçün” etdiklərini deyib.

“Komsomolskaya Pravda” radiosunun efirində çıxışı zamanı Jirinovski bildirib ki, məsələn, Rusiya Qırğızıstan və Tacikistanın borclarını bağışlamasa onları “Çin və ya Əfqanıstan öz ağuşuna alar”,

“Budur, biz onları yanımızda saxlayırıq, Azərbaycan və Ermənistan kimi. Orada da həll edilməmiş məsələlər var, amma Ermənistan hələ NATO-ya getməyə cəhd eləmir, Azərbaycan isə Türkiyə ilə dostluq edir, lakin bizimlə də normal münasibətlər saxlayır”,-Vladimir Jirinovski belə deyib.

Onun fikrincə Rusiya iki pisdən ən az pis olanını seçməlidir və borcları bağışlamaqla borcluların geosiyasi dönüşünün qarşısını almalıdır.

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »