Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vilayət Eyvazov DİN-in Baş İdarəsinin rəis vəzifəsini polkovnikə tapşırdı

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

Bizimyol.info xəbər verir ki, hazırda bu vəzifənin icrası müvəqqəti olaraq İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb.

Qeyd edək ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

O, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışıb.

2015-ci ilin yanvar ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.

Xatırladaq ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »