Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist: "Kişilər gizli xəyanət etməlidir ki, xanımları bilməsin"

Tibbi baxımdan qadın 50 yaşından sonra qadın deyil. Kişi isə 80 və ya 90 yaşında da kişidir. Ona görə də kişinin ürəyi istəsə, o yaşda da evlənə bilər. Ümumiyyətlə, daha çox rayonda, kənddə yaşayan kişilər 90 yaşına kimi kişidir.

Bizimyol.info xəbər verir ki bunu oxu.az-a açıqlamasında Əməkdar artist, aktyor Vahid Əliyev deyib.

“Bu yaxınlarda Hindistanda 74 yaşlı, ölkəmizdə isə 64 yaşlı qadının uşaqları oldu. Amma çox az rast gəlinən hadisələrdir.

Bizdə belə bir məsələ var ki, “Ellə gələn toy bayramdır”. Bizim mentalitetə görə kişilərin bir neçə dəfə evlənməsi halları var. Kim evlənirsə, lap yaxşı. Amma mənim həyat yoldaşımın başına bir iş gəlsə, mənim məbəhhətim onunla öləcək.

Gənc olduğum zaman anam həmişə deyərdi ki, “kişi tayfası it tayfasıdır”. Əvvəllər bunun nə olduğunu başa düşmürdüm. Sonradan isə deyilənin doğru olduğunu anladım”, - deyə Vahid Əliyev bildirib.

Əməkdar artist qeyd edib ki, xəyanət edən kişilər elə etməlidir ki, həyat yoldaşı və ya başqası bunu bilməsin.

Son xəbərlər
Bütün xəbərlər »