Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polkovnik naziri ittiham etdi: "Sahil Babayev ölkədə böyük narazılıq yaradır"

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyalarına əlavələrin verilməməsi ilə bağlı növbəti müraciətini yayıb.

Bizimyol.info xəbər verir ki, hərbi ekspert yaranan problemlə bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi ittiham edir.

Ü.Cəfərovun sosial şəbəkədə yaydığı müraciətini təqdim edirik:

Üzeyir Cəfərov Üzeyir Cəfərov

“Ölkədə ən böyük narazılıq yaradan və altdan-altdan öz irsi köklərinə bağlı olduğunu sübut edən Sahil Babayev adlı nazir deyəsən, yavaş-yavaş həddini aşır. Onun keçən həftələrdə dövlət başçısına şikayətlənməsi və özündə hardasa bir qədər arxayınlıq yaratması deyəsən, çox böyük toqquşmalara səbəb olacaq. Bu adam hələ də öz vəzifəsinin məsuliyyətini dərindən anlamır”.

Polkovnik Cəfərov Ali Baş Komandan cənab İlham Əliyevə yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin güc strukturlarının yüz minlərlə pensiya və təqaüdçüsünü ələ salması, onların halal maliyyə vəsaitlərini verməyi bilərəkdən yubatması sabotaj və təxribatdır:

“Hərçənd ki, Sizə bir çox hallarda yalan rəqəmlər və məlumatlar çatdırırlar. Sahil Babayev isə Sizə qarşı ən böyük narazılıq və inamsızlıq yaratmağa çalışan şəxslərdən biri və bəlkə də birincisidir. Onu nazirlikdən uzaqlaşdırın. Bu cavan oğlan yalan danışmaqla, “risovkalıq” etməklə işini bitmiş sayır.

Siz necə istəyirsiniz, elə də qəbul edin. Ölkədəki narazılıqların xeyli hissəsini Sahil Babayev yaradıb və yaradır. Çox təəssüflənirəm ki, Baş prokuror və Hərbi prokuror bu məsələdə seyrçi mövqe tutur, passivlik və qorxaqlıq nümayiş etdirirlər”.

Hərbi ekspert bildirir ki, yüz minlərlə insan, onların ailə üzvləri də Sahil Babayevin fəaliyyətindən narazıların siyahısına əlavə olunarsa, çox böyük rəqəm alınar: “Bilərəkdən, ya bilməyərəkdən onları narazı salmaq isə harınlıq və düşmənin maraqlarına xidmət etmək kimi başa düşülməlidir. Mən bunu belə qəbul edirəm”,- deyə Ü. Cəfərov müraciətində bildirir.

Polkovnik Cəfərov həm öz adından, həm də Silahlı Qüvvələrin ehtiyatda və istefada olan şəxsi heyəti adından Ali Baş Komandandan xahiş edir ki, nazir Sahil Babayev və digər məmurlarla bağlı verilən məlumatlara inanmasın: “Onlar utanmadan Sizi aldadırlar. Çoxsaylı faktlardan biri budur: güc strukturlarında çalışmış şəxslərin pensiya və təqaüdləri verilmir”.

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »