Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı metro faciəsindən 24 il ötür
Bakıda "Ginnesin rekordlar kitabı"na düşən metro yanğınından 24 il ötür Bu gün, Bakı metropolitenində baş vermiş dəhşətli yanğından düz 24 il ötür.

Bizimyol.info xəbər verir ki, 1995-ci il oktyabrın 28-i saat 18.00 radələrində metropolitenin Ulduz və Nərimanov stansiyaları arasında yanğın baş verib. Belə ki, vaqonlardan birinin tüstülədiyini görən maşinist qatarı dayandırmağı qərara alıb. Maşinistin bu səhv qərarı nəticəsində tuneldə dayanan qatarın içinə tüstü dolub. Bunu görən maşinist qəzanın baş verdiyini xəbər verib. Zəif havalandırma sistəmindən insanların əksəriyyəti boğularaq, digərləri isə yaranan sıxlıq nəticəsində ayaq altında qalaraq ölüb. Xilas olmaq üçün sındırılan qatar şüşələri və qapılar insanların əlini-qolunu kəsib. İnsanların əksəriyyətinin qatarlarla dünyasını dəyişdiyi bildirilib. Tunelin içindən isə 40 ölü tapılıb. Onlardan bir neçəsi elektrik ötürücü kabellərdən tutaraq alışan qatardan qurtulmağa çalışarkən həyatını itirib. Baş nazirin müavini Abbas Abbasov mətbuata açıqlamasında bildirib ki, qəza sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verib: "Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur."

Qeyd edək ki, yanğın nəticəsində 289 nəfər həyatını itirib. Onların arasında 28 uşaq olub. Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na da düşüb.

Adelya

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »