Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müdafiə naziri: "Qarabağ məsələsi həllini tapıb"

"Yalnız qələbə düşünə bilirəm. Qarabağ məsələsi həllini tapıb".

Bizimyol.info xəbər verir ki, Qarabağ münaqişəsinin həllini necə görməsi barədə jurnalistlərin sualına Ermənistan müdafiə naziri David Tonoyan belə cavab verib.

Ermənistan KİV-lərinin yazdıqlarına əsasən, David Tonoyan həmçinin Nikol Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə." bəyanatına gələn beynəlxalq reaksiyalara da münasibət bildirib. Tonoyanın sözlərinə görə, erməni diplomatları onların cavabını məharətlə verir.

"BBC" telekanalının aparıcısının dediklərinə reaksiya verilməməsi sualına isə, Tonoyan onu bu söhbətə qatmamalarını bildirərək, "Vaxtında mən öz mövqeyimi bildirmişəm" cavabını verib.

2016-cı il aprelində o vaxtki hakimiyyətin Azərbaycan tərəfindən hazırlanan hücumdan məlumatlı olması, lakin hərəkətsizlik nümayiş etdirməsi barədə erməni cəmiyyətində gəzən şayiələr barədə Tonoyan, Ermənistan hökumətinin 2016-cı il Dağlıq Qarabağdakı aprel döyüşlərində heç bir gizli danışıqlara getmədiyini bildirərək, "Qarşı tərəfdən yalnış addımlar atılmış ola bilər, amma Ermənistan tərəfindən gizli danışıqlara gedilməsini mümkün saymıram", deyə vurğulayıb.(virtualaz.org)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »