Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya Trampı Kim Çen Inla dostluqdan sui-istifadə etməməyə çağırdı

Pxenyan ABŞ rəhbərliyini tələsdirir

KXDR rəhbərliyi bu gün ABŞ administrasiyasına xəbərdarlıq edib.

Bununla bağlı Şimali Koreyanın Asiya-Sakit okean

bölgəsində sülh uğrunda komitəsinin sədri Kim Yon Çxol bəyanat verib.

Bəyanatda iki ölkə arasında şəxsi münasibətlərlə diplomatik əlaqələrin eyni olmadığı vurğulanır.

“Şimali Koreya-Amerika münasibətləri həmişə ABŞ rəhbərliyinin yanlış siyasəti sayəsində relsdən çıxaraq parça-

parça olmaq təhlükəsi ilə üzləşib. Lakin yalnız Dövlət Şurasının sədri Kim Çen In və prezident Tramp arasındakı

dostluğa görə hələ uçuruma yuvarlanmayıb. Buna baxmayaraq, hər şeyin bir həddi var”, - deyə sənəddə qeyd olunur.

Kim Yon Çxol diplomatların sevdiyi “əbədi düşmən var, amma əbədi dost olmur” məsəlinin KXDR və ABŞ

arasındakı münasibətlərə şamil olunmyacağına ümid etdiklərini bildirib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin müşaviri Kim Ge Qvan da hazırkı dövrdə dövlətlərarası münasibəltərin deyil,

liderlərin bir-birlərinə inam və dosluğunun gündəmdə qaldığını söyləyib. O, problemlərin 2019-cu ilin sonuna qədər

nizamlanmasının gərəkli olduğunu vurğulayıb.

Qeyd olunur ki, Donald Tramp bu lin sonuna qədər Kim Çen Inla görüşməyi planladığını bildirib. Lakin bunun üçün

ABŞ Yonbendəki nüvə reaktorunun demontajını tələb edir.

Şimali Koreya isə ABŞ-dan Kim rejiminin təhlükəsizliyi üçün yüksək və daimi təminatlar verilməsini istəyir. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »