Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ qorxu içində: “YPG artıq böyük təhlükə mənbəyidir...”

ABŞ-ın milli təhlükəsizlik qüvvələri Suriyada Əsədlə anlaşan terror qruplaşması YPG-nin CEBTCOM və ABŞ-ın xüsusi xidmət orqanlarından əldə etdiyi məlumatları Əsəd rejimi və Rusiya ilə paylaşmasını “böyük problem” olaraq görür.

ABŞ xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "Military Times" saytı ABŞ kəşfiyyatının Suriyada bu günə qədər Pentaqonun Yaxın Şərqdə CENTCOM, Xüsusi Təyinatlılar və FTB ilə əməkdaşlıq edən terror qruplaşması PYD/SDG-nin Əsəd rejimi və Rusiya ilə anlaşmasından sonra “sirlərin paylaşılması təhlükəsi” olduğunu yazıb.

Xəbərdə YPG/SDG-nin Moskvadan dəstək alan Suriya hökuməti ilə anlaşmasına işarə edilərək, ABŞ-ın 7 il boyunca terror qruplaşmasını təkmilləşdirdiyi, silah və maliyyə yardımı edərək, nizami ordu yartdığı qeyd edilib. Bundan başqa yazıda bildirilir ki, bu zaman ərzində qruplaşma üzvləri ABŞ milli təhlükəsizliyinə dair bir çox məlumatlar əldə ediblər.

Məqalədə Türkiyənin “Barış Pınarı” adlı anti-terror əməliyyatından sonra YPG/SDG ilə Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədlə anlaşma əldə edildiyinə işarə olaraq, “ABŞ haqqında əldə etdikləri bütün məlumatları Əsəd rejimi və Rusiya ilə paylaşma təhlükəsi ilə qarşı-qarşıya” ifadəsi də yer alır.

“Bu böyük riskdir...”

Xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon), SDG-nin ABŞ Xüsusi Təyinatlılarının taktikaları, prosedurları, təchizatı, kəşfiyyatın məlumat toplaması və hətta döyüş bölgəsində olan səlahiyyətlilərin adlarından ibarət olan uzun bir “sirr siyahısı”nın Əsəd rejimi və Rusiyaya verə biləcəyindən narahatlıqla bəhs edilir.

Təqaüdə çıxmış mayor Fred Galvin bildirib ki, bu kimi qruplaşmaların əldə etdiyi məlumatlar, döyüş taktikaları, texniki və digər gizli məlumatların yayılması “kritik əhəmiyyət” kəsb edir. O, qeyd edib ki, bu kimi məlumatların yayılmağı böyük riskdir.

Gizli adların olduğu böyük siyahı

YPG üzvlərinin əldə etdiyi ehtimal olunan siyahıda bütün sahələrdə çalışan ABŞ dövlət adamlarının ünvanları, vəzifələri, silah-sursat daşımalarına dair miqdar, hərbi mövqelər və postlar, YPG-yə gələn pulun miqdarı, pulun ödənildiyi və ya xərcləmək üçün səlahiyyət verilən şəxslərin adları, aldıqları maaşlar, xərclədikləri pul miqdarı və s. məlumatlar yer alır.

Siyahıda bundan başqa İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda istifadə edilən silahlar, hərbi cinayətə yol açan olaylar, YPG-nin müəyyən olunmuş əraziyə yayılma xəritəsi, SDG-yə çevrilməyində rol oynayan qrupların və konkret şəxslərin məlumatları, beynəlxalq aləmdə əməkdaşlıq edilən təhlükəsizlik, kəşfiyyat və media sahələrinə aid şəxslərin adları da yer alır. (Musavat.com)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »