Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İŞİD liderinə qarşı əməliyyat keçirdi: əl-Bağdadinin öldürüldüyü xəbər verilir

ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib. Bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın "Twitter"də müəmmalı paylaşımı da bununla bağlı olub.

Öz növbəsində "Newsweek" jurnalı da bildirib ki, İŞİD lideri hərbi əməliyyat zamanı məhv edilib. Jurnalın məlumatına görə, Əbu Bəkr əl-Bağdadi etibarlı kəşfiyyat məlumatları əsasında birləşmiş komandanlığın keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

"Newsweek"in məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi Ağ Evə "yüksək əminliklə" Əl-Bağdadinin öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, ABŞ prezidenti özünün "Twitter"dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.

"İndicə tale əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib. (report)

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »