Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1 gecədə Trampdan daha varlı oldu

24 yaşındakı honkonqlu tələbə Erik Tse sərvətiylə Amerika prezidenti Donald Trampı qabaqlayıb.

Honkonqlu ailə Pensilvaniya Universitetindən məzun olan oğluna şirkətlərinin 3.88 milyard dollarlıq hissəsini hədiyyə edib. Beləliklə də, Erik Tse Amerika prezidenti Donal Tramp, məşhur rejissor Stiven Spilberq və “Starbucks”ın qurucusu Hovard Şkultuzu sərvətiylə geridə qoyub.

Qeyd edək ki, Erikin valideynləri Çinin böyük dərman şirkəti olan “Sino Biopharmaceutical”ın icraediciləridir. Şirkətin açıqladığı məlumatda bildirilir ki, hissələrin beşdə biri əvəzsiz olaraq Erik Tsə həvalə edilir. Həmçinin açıqlamada Tsenin qəzetlər və digər quruluşların olduğu zənginlərin siyahısına öz adıyla deyil, ailəsinin adıyla girmək istəyinin olduğu ifadə edilib.

Amerika mediası, şirkətin açıqlamasında qeyd edilən “zəif profilli bir həyat” ifadəsinə rəğmən, Tsenin instaqram paylaşımlarının fərqli olduğunu vurğulayıb. Onun paylaşımlarından görünür ki, tez-tez dünyanın məşhur kübarları və çinli siyasətçilərlə görüşür. Belə ki, Tse məşhur müğənni Rihannayla, Amerikalı manken Bella Hadid və Lili Aldridqlə bərabər əyləncə mərasimlərinə qatılıb.

Monako şahzadəsi Çarliniylə hovuz başında, NBA ulduzlarıyla basketbol yarışlarında müxtəlif pozalar verib. Fransada Alp dağlarında xizək sürüb.

Erik Tse ailəsinin ən az beş şirkətində direktor olaraq təmsil olunur. İldə 500 min dollar maaş alır. Bir mediaya verdiyi müsahibəsində ailəsinin gənc yaşlarında onda olan potensialı gördüyünü və yardım etdiklərini ifadə edib.

Bu arada bildirək ki, Tsenin atası Tse Pİnq Çinin ən üstün müşavirə qurumu olan Çin Xalq Siyasi Müzakirə Qurumunun üzvüdür. (Qafqazinfo.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »