Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lovğa Trampın üç qorxaq gedişi: “Amerika nə qədər geri çəkiləcək”

Beynəlxalq münasibətlərdə zəifliyin nümayişindən daha pis bir şey yoxdur.

Lovğalanmaqdan sonra geri çəkilmək isə daha pisidir. Donald Tramp ardıcıl olaraq üç dəfə məhz belə bir addım atdı. Şimali Koreya, İran və Türkiyəyə münasibətdə Amerika ortaya elə bir davranış qoydu ki...". Bunları Fransa nəşri “Le Figaro”nun köşə yazarı Reno Girard deyir.

Müəllif yazır:

"2017-ci ilin noyabrında Şimali Koreya ballistik raketləri sınaqdan keçirdi. Raketlərin bəzisi çox uzağa uçdu. ABŞ prezidenti öz twitter-ində xəbərdarlıq etdi ki, Şimali Koreya ballistik raketlərin sınağını davam edərsə “dünyanın heç vaxt görmədiyi atəş və qəzəbə" üzləşəcək. Donald Trampın nəzərində ABŞ ərazisinin birbaşa Şimali Koreya tərəfindən təhdid edilə biləcəyi qəbuledilməz idi. Təhdiddən sonra Ağ Ev heç bir keçid mərhələsi olmadan Şimali Koreya ilə dialoqa başlamağa qərar verdi və 2018-ci ilin iyunundan 2019-cu ilin iyununa qədər Tramp ilə Kim arasında üç yüksək səviyyəli görüş keçirildi. Bu görüşlər zamanı amerikalıların istədiyi istiqamətə doğru heç bir addım atılmadı. Qarşı tərəf ticarət sanksiyalarını qaldırma vədinin qarşılığında nüvə tərksilahına razılıq vermədi. Əksinə, Şimali Koreya ballistik raketlərin sınaqlarını davam etdirdi və 2 oktyabr 2019-cu ildə 2000 km. uzaqlığı arxada qoyan raketlə dünyanı lərzəyə gətirdi. O da məlum oldu ki, həmin raket sualtı gəmidən də atıla bilər.

İrana gəldikdə isə Amerika prezidenti 25 iyun 2019-cu il tarixli twitter-ində "Bölgədə ABŞ-ın maraqlarına toxunduğu təqdirdə bu ölkəni " məhv etmək " ilə hədələdi. 14 sentyabr 2019-cu ildə isə Səudiyyə Ərəbistanının neft yataqları droun və raketlər tərəfindən vuruldu. Bombalanma nəticəsində çıxılmaz vəziyyətə düşən ərəb monarxiyasına isə cənab Tramp məsləhət gördü ki, "ölkənin müdafiə sistemini daha da yaxışdırmaq lazımdır." Yəmənin şiə qrupu hücumlara görə məsuliyyəti öz üzərinə götürdü, lakin Pentaqon hücumun Tehran tərəfindən həyata keçirildiyini açıqladı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi iki köhnə Amerika müttəfiqi bu olaydan sonra daha dərindən düşünməli oldu. Vahimə içində qalan Ər-Riyad 15 oktyabr 2019-cu ildə cənab Putinin ayaqları altına böyük bir qırmızı xalça döşədi və bu, qətiyyən təəccüblü deyildi. Səudiyyə Suriyadakı vətəndaş müharibəsində Rusiyanın iştirakının əleyhdarları idi, amma Amerikadan fərqli olaraq dostlarını heç vaxt tərk etməyən Rusiyaya indi onlar da dərin hörmət bəsləyirlər.

Trampın üçüncü lovğalanması Ərdoğanın İslamçı-millətçi Türkiyəsinə münasibətdə özünü ortaya qoydu. 7 oktyabr 2019-cu il tarixli bir twitter-ində cənab prezident bəyan etdi ki, əgər Suriyanın şimalından Amerika qoşunlarının çıxmasından Türkiyə ordusu sui-istifadə edərək həmin əraziləri ələ keçirsə və kürd əhalisini oradan qovsa Amerika Türkiyəni " iqtisadi cəhətdən məhv edəcək." Bu təhdiddən cəmi bir neçə gün sonra İŞİD-i məhv etməkdə ABŞ-a yaxından kömək edən Suriyalı kürd döyüşçülərinə Amerika açıq şəkildə xəyanət etdi. Amerikanın Suriyanı tərk etməsi Konqres üzvləri və hərbçiləri şoka saldı. 17 oktyabr 2019-cu ildə ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankarada Türkiyəyə Suriyanın şimalındakı böyük bir ərazini zəbt etməyə imkan verən mücərrəd bir müqaviləyə imza atdı. Türklər həmin ərazilərdən nə vaxt çıxacaq? Çıxacaqmı? Bəlli deyil. Amerika Türkiyədən belə bir zəmanət almayıb.

Hadisələrin bu cür gedişi ABŞ-la birlikdə hərbi kampaniyalara başlayan fransız və ingilisləri bundan sonra qərar vermək üçün iki dəfə düşünməyə təşviq edəcək.

İnsanların şüurunda baş verənlər geosiyasətdə son dərəcə vacibdir. Amerika artıq müharibə aparmaq və ətrafda baş verənlərlə ilgilənmək istəmir. Dünyaya ötürülən belə bir mesaj nə Baltikyanı ölkələrdə, nə də Tayvanda məmnunluqla qarşılanmır. Ən pisi isə odur ki, Amerikanın belə qorxaq davranışı Vladimir Putinə və Xi Jinpinqə əlavə üstünlüklər verir və onları çəkinmədən bu üstünlüklərdən yararlanırlar. (Musavat.com)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
Son xəbərlər
Bütün xəbərlər »