Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK tərəfdarları Almaniyada aeroportda türklərə hücum etdi

Türkiyənin sülh hərəkatına görə Avropada yaşayan türklər çox qalmaqala girməli olur. PKK tərəfdarları heç cür rahatlıq vermir.

Bizimyol.info xəbər verir ki, terror təşkilatını dəstəkləyənlər Almaniyada aeroportda türklərə hücum ediblər. Hadisə Frankfurt hava limanında baş verib. PKK tərəfdarları Türkiyə Hava Yollarının aeroportdakı məntəqəsinin qarşısını kəsiblər. Sonra hava limanında olan türklərə hücum olub. Avropa Parlamentinin keçmiş deputatı Ozan Ceyhun aeroport əməkdaşlarını lazımi müdaxilə olmadığına görə “Twitter” hesabında tənqid edib. Onun yazdığına görə, polis hadisələri sadəcə seyr etməklə işini bitmiş sayıb.

Üstəlik, PKK tərəfdarları Almaniyanın Xemnits şəhərində Xristian-Demokrat İttifaqının ofisini zəbt ediblər, ora üç saat heç kimi buraxmayıblar. Bu müddət ərzində Türkiyə əleyhinə xeyli şüar səsləndirilib. Polisin müdaxiləsindən sonra partiya bunası PKK-çılardan azad edilib.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »