Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan avropalıları məhkəməyə verdi

Türkiyə prezidenti fransız jurnalı ilə bağlı məhkəməyə müraciət edib. Rəcəb Tayyib Ərdoğan “Le Point”i təhqirdə ittiham edir.

Bizimyol.info xəbər verir ki, redaktor Etyen Qernel və jurnalist Romen Qaberinin adı iddia ərizəsində yer alıb. Ərdoğanın vəkili hər iki mətbuat nümayəndəsinə yönələn ittihamla məhkəməni tanış edib.

“Le Point”da ard-arda Türkiyə prezidentini tənqid edən materiallar dərc olunub. Burada əsasən Ərdoğanı etnik təmizləmədə ittiham edirlər.

Türkiyə qanunvericiliyində ölkə prezidentinin təhqiri qadağan olunub.

Ərdoğan ikinci dəfədir avropalı jurnalistləri məhkəməyə verir. Üç il əvvəl Almaniyanın “Axel Springer” nəşrinin əməkdaşları hədəf seçilmişdi. Amma məhkəmə iddianı qəbul etməmişdi.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »