Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2050-ci ildə Çin necə görünəcək: Avropadan bura işləməyə gələcəklər - Fotolar

Çin indi inkişafı ilə dünyada çoxlarını təəccübləndirir. 30-40 il sonra bu Asiya ölkəsinin haralarda olacağını təsəvvür etmək çətindir. Fransız fotoqraf məhz bu təsəvvürü yaratmağa çalışıb.

Bizimyol.info xəbər verir ki, ixtisasca fransız dili müəllimi olan Benua Sezar konseptual konsepsiya ortaya qoyub. O, səhnələşdirilmiş fotolardan ibarət layihədə 31 il sonrakı Çini göstərməyə çalışıb.

Benua Çinə 13 il əvvəl gəlib. Yerli qızla evlənib, Uxanda yaşayır. Fransız dili müəllimi çinliləri, Çin mədəniyyətini yaxşı tanımağa başlayıb.

Fotolara söz ola bilməz. Sezar müxtəlif həyat situasiyalarını canlandırıb. Əsas xətt odur ki, çinlilər xan-bəy kimi yaşayacaq. Avropalılar bura işləməyə gələcək.

Fotolardan birində belə səhnə var: çinli ev sahibəsi divanda qızı ilə əyləşib dincəlir, avropalı xidmətçinin əlində tozsoran gözə dəyir. Başqa fotolarda da bənzər mənzərələr nəzərə çarpır. Sezar bununla 2050-ci ilə qədər Çinin Qərbi geridə qoyacağına işarə vurur.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »