Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatil 40 illik qaçışdan sonra 86 yaşında yaxalandı - Foto

ABŞ-da 1980-ci ildən bəri polisdən gizlənən cinayətkar həbs olunub. Bu barədə CNN xəbər verir.

86 yaşlı Uolter Ceyms Mason (Walter James Mason) Texasda tapılıb. Qatil soyadını dəyişdirərək özünü Uolter Ceyms Ellison (Walter James Allison) kimi tanıtsa da, barmaq izlərindən şəxsiyyətini təsdiqləmək mümkün olub.

39 il əvvəl Aydaho ştatının Klayton şəhərində barda baş verən bir hücumdan sonra polis sözügedən şəxsi axtarışa verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Təcavüzkar onlardan birini başından vuraraq öldürüb, digərini çiynindən yaralayıb və qadına küt alətlə zərbə endirib.

O vaxt 47 yaşında olduğu bilinən şübhəli çox axtarılsa da, qaçmağa nail olub.

Qeyd edək ki, hazırda günahını etiraf etməkdən imtina edən qatilə cinayət işi açılıb. (Oxu.az)

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› “Türkiyədəki yanğınlarda xarici kəşfiyyatların da barmağı var”
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
Son xəbərlər
Bütün xəbərlər »