Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə görməyə öyrəşdiyimiz mənzərə Bakıda - Video

Bakıda yanğınsöndürən avtomobilin imtiyazından istifadə edən sürücülər sosial mediada qınanıldı.

Bizimyol.info xəbər verir ki, Bakının Bakıxanov qəsəbəsində çəkilən videogörüntüdən məlum olur ki, yanğınsöndürən maşınının xüsusi səs siqnalını eşidən kimi hər bir sürücü avtomobili sağa çəkib yol açır. Bununla da, yanğınsöndürən maşını dayanmadan, sürəti azaltmadan hərəkəti davam etdirir.

Bəzi sürücülər də yanğın söndürən nəqliyyat vasitəsinin arxasında gedirlər. Bu isə qəza şəraitinin yaranmasına və nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

Qeyd edək ki, 2014-cü il Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklərdən sonra təcili yardım, polis, yanğınsöndürən, eləcə də digər operativ nəqliyyat vasitələrinə yol verməməyə görə cərimənin miqdarı 60 manatdan 100 manata qaldırılıb.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »