Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Vasif Talıbovun oğlunun toyudur: Bəydən ekskuliziv Açıqlama
Bu gün Bakıdakı "Buta" sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.

Bizimyol.info xəbər verir ki, Vasif Talıbov sentyabrın 15-də bir müddət əvvəl Nax MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmış, həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutsa da, hazırda muxtar respublikanın daxili işlər naziridir.

Seymur Talıbov MR Ali Məclisinin üzvü,Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq əlaqələr üzrə prorektoru" vəzifəsində çalışır.

Bizimyol.info baş tutacaq bugünkü toy məclisinin bəyi Seymur Talıbovla əlaqə saxlayıb.O saytımıza ekskluziv açıqlamasında toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib.

"Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək.Əlavə heç nəyə ehtiyac yoxdur.Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin !!!"

Bizimyol.info saytının kollektivi öz sadəliyi ilə fərqlənən Seymur Talıbovu bügünkü toy günü münasibətiylə ürəkdən təbrik edir,ona xoşbəxtlik, ailə səadəti arzulayır.

Son xəbərlər
Bütün xəbərlər »