Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bank VTB (Azərbaycan)-ın “Sərmayə” krediti: biznes üçün yeni imkanlar
VTB Azərbaycan
Məlumdur ki, biznesin genişləndirilməsi üçün əsas amil maliyyələşmədir. Amma bir çox hallarda öz işini böyütmək üçün sahibkarlara, xüsusilə də kiçik sahibkarlıqla məşğul olan şəxslərə əlavə vəsait tələb olunur. Məhz biznes-ideyaların reallaşması üçün bank VTB (Azərbaycan) kiçik biznesə “Sərmayə” kreditini təklif edərək yeni imkanlar yaradır.

Bu kredit məhsulu həm şirkət, həm fərdi sahibkarlara verilir. Kiçik sahibkarlıq nümayəndələri sərfəli şərtlərlə 500 000 manatadək (və ya rubl ekvivalentində) kredit əldə edə bilər. Kreditin faiz dərəcəsi 14%-dən başlayır. Kredit 4 il müddətinədək verilir – belə bir müddət planlaşdırılan biznes layihəsinin reallaşdırılması üçün kifayətdir. Bundan başqa, əsas borcun ödənilməsi üçün 6 ayadək güzəşt müddəti mümkündür. Kredit həm annuitet (yəni aylıq) şəkildə, həm fərdi cədvələ əsasən ödənilə bilər.

“Sərmayə” krediti əmlakın alınması, o cümlədən nəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak, əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmaları, digər banklardakı borcların yenidən maliyyələşməsi üçün istifadə oluna bilər.

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Düşmən həyəcan içindədir: "Qardaşım ölü əsgərlərlə dolu 3 maşın görüb" - Foto
Son xəbərlər
Bütün xəbərlər »