Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ABŞ-a nota verib

“Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsi üçün müvafiq addımları atacağıq”.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Ölkəsinin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir bildirib ki, bu gün Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var: “Onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtmaları üçün lazımı işlər həyata keçiriləcək. Biz Suriyanın ərazi bütövlüyü ilə bağlı təhlükəli oyunu pozduq. Bu baxımdan “Barış bulağı” hərəkatı uğurlu oldu”.

Türkiyə XİN başçısı qeyd edib ki, axtarışda olan Mazlum Kobani (Fərhad Abdi Şahin və ya Şahin Cilo) ilə görüşün keçirilməsi qəbuledilməzdir: “Bununla bağlı ABŞ-a nota verilib. Mazlum Kobani terrorçudur. Müttəfiqlərimizin axtarışda olan terrorçu ilə görüşməsi qəbuledilməzdir. Bizim üçün PKK, YPG, İŞİD, FETÖ hamısı terror təşkilatlarıdır”.(apa)

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› “Türkiyədəki yanğınlarda xarici kəşfiyyatların da barmağı var”
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
Son xəbərlər
Bütün xəbərlər »