Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son istefalardan YAP xəbərsiz olub

İki gün öncə Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi.

Dövlət başçısının digər sərəncamları ilə Hacıbala Abutalıbov və Əli Həsənov Baş nazirin müavini vəzifəsindən azad edildilər. İqtisadiyyat Nazirliyinin strukturu dəyişdirildi və gücləndirildi.Daha öncə Baş Nazir Novruz Məmmədovun də səlahiyyətinə xitam verildi.

Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirdikdən sonra hakim komandada istefalar bir –birini əvəzlədi və yeni istefa dalğalarının olacağı barədə xəbərlər yayıldı.

Hakim partiyada bu istefaların və yeni təyinatların müzakirə olunub-olunması maraq doğurdu. Çünki, Ramiz Mehdiyev və Hacıbala Abutalıbov YAP Siyasi Şurasının üzvləridir, baş nazirin keçmiş müavini Əli Həsənov isə hətta YAP sədrinin müavinidir.

Son istefalar YAP-da necə müzakirə olunub?

YAP Siyasi Şuradının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov Bizimyol.infoya açıqlamasında bidirib ki, istefalar YAP Siyasi Şurasında müzakirə olunmayıb:

“Bunun nəyi müzakirə olunacaq?! Prezidentin səlahiyyətindədir, istədiyi şəxsi layiq bildiyi vəzifəyə təyin edir. Bunun YAP-ın Siyasi Şurasına nə dəxli var?”,- deyə o, qeyd edib.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »