Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əliyar Ağayev İspaniyalı kapitanı meydandan qovub - Video

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda “Ludoqorets” – “Espanyol” görüşünü idarə edib.

Bizimyol.info xəbər verir ki, Bolqarıstanın Razqrad şəhərində baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Belə ki, “Espanyol” Viktor Kampusanonun 13-cü dəqiqədə vurduğu yeganə qol sayəsində aktivinə üç xal yazdırıb. Həmyerlimizə də kifayət qədər iş düşüb.

Belə ki, meydan sahiblərini üç sarı vərəqə ilə cəzalandıran Ağayev son beş dəqiqədə İspaniya komandasının futbolçularına dörd sarı və bir qırmızı vərəqə göstərib. O, 85 və 88-ci dəqiqədə dəqiqədə “Espanyol”un kapitanı Xavi Lopesə iki sarı vərəqə göstərərək meydandan qovub.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »