Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, Qarabağ münaqişəsi həllini tapar”

“Son zamanlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarından narahatıq və bunu açıq şəkildə bəyan etmişik”.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan nə vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşsə, Qarabağ məsələsini müzakirə edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin işi nəticə vermədikdə, Türkiyə Prezidenti rusiyalı həmkarına dolayısı ilə bu münaqişəni Rusiyanın həll edə biləcəyini vurğulayıb. Düzdür, sonuncu Soçi görüşündə bu məsələ gündəmdə olmayıb. Azərbaycanın ərazi bütövlüyü sülh yolu və beynəlxalq təşkilatların qərarları əsasında həll edilməlidir. Biz münaqişənin həll edilməsi üçün səylərimizi artıracağıq. Cənab Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, bu problem həll olunar. Bu, Ermənistanın da xeyrinə olar. Çünki onlar regiondan təcrid olunublar”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.(apa)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »